Türkiyənin məşhur və gözə aktrisası Nurgül Yeşilçay çəkildiyi bir filmə görə ona təklif edilən pula aydınlıq gətirib.
Tribunainfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa “Asmalı Konak” serialından sonra ona milyonlar təklif edildiyini bildirib. O bildirib ki, o zaman heç senariyə baxmır, yüksək təklifləri dəyərləndirirdi:
““Asmalı Konak” biitdikdən sonra pullar axmağa başladı. Biri bildirdi ki, sənə bu günə qədər aldığının 10 qatını verəcəm. Heç senariyə də baxmadım. Pulu alandan sonra getdim maşın salonuna. Dedim, ən bahalısı hansıdı?. İki avtomobil göstərdilər. Onlardan birini alıb getdim”