O da atası kimi adını villasına həkk etdirib – Foto

O da atası kimi adını villasına həkk etdirib – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Günlərdir Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin 4 aylıq ev dustaqlığı cəzasını harada çəkməsi müzakirə olunur.

Tribuna İnformasiya Agentliyi xəbər verir ki, KİV həmin ünvanı öyrənməyə çalışarkən maraqlı məqam diqqəti çəkib. Belə ki, Ramiz Mehdiyev villalarının darvazalarının üzərinə “RM”, yəni ad-soyadının baş hərflərini həkk etdirib. Sabiq PA rəhbərinin ev dustaqlığını keçirdiyi Nəsimi rayonu ərazisindəki (“Avropa” hotelinin yanında, Tbilisi prospektində) malikanəsinin qonşuluğunda yerləşən və qızı Kamilə Əliyevaya məxsus olan villada da bu element mövcuddur.Mehdiyevin qızının yaşadığı tikilinin üzərinə “İKƏ” hərflərinin (Kamilə Əliyevanın və həyat yoldaşı, sabiq deputat İlham Əliyevin ad-soyadlarının baş hərfləri) daşoyma yolu ilə həkk etdirilməsi ailənin “tarixdə qalmaq və öz irslərini gələcək nəsillərə ötürmək niyyəti”ndən xəbər verir.

Bu yerdə unutmayaq ki, hər daş-dəmir üzərində yazılan tarix deyil. Tarix yaddaşlarda əbədiləşir.

Qeyd edək ki, ev dustağı edilmiş Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına da qadağa qoyulub.

“Qafqazinfo”