Vaşinqtonda keçirilmiş görüşdən sonra Ermənistanda ən çox dəhliz məsələsinə görə hay-küy salanlardan biri də Edmon Marukyandır.
Tribunainfo.az xəbər verir ki, o, hər vəchlə dəhlizə qarşı çıxır.
Vaxtıyla Ermənistanın baş naziri Nikol Paşinyanın xüsusi məsələlər üzrə səfiri olmuş Marukyanın hərəkətləri isə İrəvan hökumətində təəccübə səbəb olub. Ermənistan baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan onun barəsində deyib ki, “qovulmuşları” heç kim qəbul etmir: “Ermənistan ərazisindən keçən dəhlizlə bağlı hay-küy salan Edmon Marukyan, deyəsən, üçüncü yol tapıb. Bir tərəfdən Karapetyanın pullarının cingiltisi, digər tərəfdən də Rusiyadakı milyonçular onun iştahını artırıb. Lakin o, heç vaxt başa düşməyib ki, heç bir düşərgədə qaçanlara hörmət edilmir”.
Fərda Uğur