Albaniyada prezident seçkilərinin nəticələri məlum olub.
Albaniyada prezident seçkilərinin nəticələri məlum olub.
TİA.AZ xəbər verir ki, seçkilərin 4-cü turunda Sosialist İnteqrasiya Hərəkatının və Albaniya parlamentinin sədri İlir Meta prezident seçilib.
Səsvermə zamanı 89 deputatdan yalnız ikisi onun əleyhinə səs verib.
İlir Meta növbəti 5 il ərzində prezident səlahiyyətlərini icra edəcək.
Qeyd edək ki, Albaniyanın indiki prezidenti Buyar Nişaninin səlahiyyəti iyulun 24-də sona çatacaq.