Azərbaycanın əməkdar artisti, tanınmış aktyor Əjdər Həmidov xəstəxanaya yerləşdirilib. Azərbaycanın əməkdar artisti, tanınmış aktyor Əjdər Həmidov xəstəxanaya yerləşdirilib.
Verilən məlumata görə aktyor yüksək təzyiq diaqnozu ilə 1 saylı şəhər xəstəxanasına gətirilib. Məlum olub ki, Ə.Həmidovun insult keçirmək təhlükəsi var və ona lazımi tibbi yardım göstərilib.
Qeyd edək ki, Əjdər Həmidov 1953-cü ildə Şabran rayonunda anadan olub və Akademik Milli Dram Teatrının aktyorudur.