ABŞ-da Nyu-York prokurorluğu Türkiyənin keçmiş iqtisadiyyat naziri Zəfər Çağlayanın həbsi barədə qərar qəbul edib.
ABŞ-da Nyu-York prokurorluğu Türkiyənin keçmiş iqtisadiyyat naziri Zəfər Çağlayanın həbsi barədə qərar qəbul edib.
TİA.AZ Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə KİV-ləri yazır.
Bundan başqa, “Xalq Bank”ın (Türkiyə) keçmiş rəhbəri Süleyman Aslanın həbsi barədə də qərar verilib.
Qeyd edək ki, bir neçə gün öncə Nyu-York prokurorluğu türkiyəli keçmiş nazir barəsində İran iqtisadiyyatının inkişafına dəstək göstərmək, eləcə də çirkli pulların yuyulması ittihamları ilə cinayət işi qaldırmışdı.