Nüvə müharibəsinə qarşı bu ölkə tədarükə başladı – Politoloqdan şərh – VİDEO

Nüvə müharibəsinə qarşı bu ölkə tədarükə başladı – Politoloqdan şərh – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada vətəndaşlar nüvə müharibəsinə qarşı tədarükə başlayıb. Onlar lampa, konserva, batareya və s. toplayaraq hər an baş verə biləcək təhlükəyə qarşı öncədən hazırlıq planı qurublar.

Məsələ ilə bağlı Tribunainfo.az-a danışan politoloq Elşən Manafov nüvə müharibəsi barədə detalları açıqladı.

Politoloqun sözlərinə görə, ABŞ prezidenti Tramp seçki kompaniyası dövründə amerikalı seçicilərinə müraciət edərək, onların təsəvvür etmədikləri səviyyədə ABŞ-ın real nüvə müharibəsi ərəfəsində olması ilə bağlı açıqlamalarını vermişdi və o zaman ABŞ və Avropanı təhdid edən və ya edə biləcək nüvə müharibəsinə görə, ilk növbədə Bayden administrasiyasının və onun siyasətinə dəstək verən avropalı qurğıların məsuliyyət daşıdığını bəyan etmişdi.

“Zira Trampın xəbərdarlıqlarına baxmayaraq, prezident Baydenin Zelinskisiyə ABŞ-a məxsus uzaq mənzilli raketlərlə Rusiya ərazilərinin dərinliklərinə zərbələrin endirilməsi barədə razılığı və bunun ardınca Britaniya tərəfinin də, atdığı addım Rusiyanı özünün dövlət suverenliyini qorumaq və təhlükəsizliyini təmin etmək üçün adekvat qərarlar qəbul etmək məcburiyyətində qoydu.

Nəticə etibarı ilə Rusiya özünün nüvə doktrinasının mətninə dəyişikliklər etdi. Prezident Putin isə Qərb alyansına Rusiyanı uzaq mənzilli raketlərlə təhdid edəcəyi təqdirdə nüvə silahından istifadə edə biləcəyi ilə bağlı xəbərdarlıq etdi.

Bəllidir ki, Zelenski rejiminin ABŞ raketlərini Rusiyaya yönəltmək üçün müvafiq imkanları yoxdur, bu raketlər peyk vasitəsilə Pentaqonun özü tərəfindən yönləndirilirdi. Bu isə artıq ABŞ-ın Rusiyaya qarşı müharibəyə qoşulması anlamında qəbul olunmalı idi. Reallıq hissini itirmiş və hətta Rusiyaya preventiv nüvə zərbələrinin endirilmə imkanlarını götür qoy edən siyasətçi və hərbçiləri nüvə müharibəsinin yol verilmızliyinə inandırmaq üçün Rusiya bu dəfə orta mənzilli, ballistik “Oreyşnik” raketinin hansı gücə malik olduğunu nümayiş etdirməli oldu. Bu silahın Qərbdə analoqu yoxdur. Onu hava hücumundan müdafiə sistemlərini aşkar edə bilmirlər. Ən əsası isə bu raketin dağıdıcı gücü nüvə silahına bərabərdir. Lakin, o, kütləvi qırğın silahı deyil. Bu xəbərdarlıq Qərbdə ciddi rezonans doğurdu. Ukrayna iqtidarını səxavətlə maliyyələşdirən bir sıra hökumətlər hətta seçicilərinin etimadını itirməyə başladılar. Zira Rusiya qazından məhrum olmaqla qitədə kəskinləşən enerji təhlükəsizliyi, qitənin öz varlığını məlum nüvə qarşıdurmasına görə sual altında qoyurdu.
Bununla belə, Avropa ən böyük şoku və rezonansı D.Trampın ABŞ-da prezident seçkilərini qazanması ilə yaşadı. Tramp özünün sülhməramlı olacağını bəyan edib və Avropanı təhdid edən bu müharibəni qarşı duran tərəfləri danışıqlar masası arxasına gətirməklə bitirmək fikrindədir. Bu məqsədlə Tramp müşavirinə Ukrayna probleminin həlli üçün 90 gün vaxt ayırıb. Bəllidir ki, danışıqlarda hər hansı ugur tərəflərin qarşılıqlı
maraqlarının nəzərə alınması və hansı güzəştlərə gedə biləcəyindən asılı olacaq”.

Dəniz