Xmelnitski AES-in inzibati və laboratoriya binalarının pəncərələri mərmilərdən zədələnib.
Tribunainfo.az UNİAN-a istinadən xəbər verir ki, gecə ruslar yaxınlıqdakı Xmelnitski atom elektrik stansiyasına hücum etdilər. Partlayış nəticəsində nüvə obyektinin inzibati və laboratoriya binasının şüşələri zədələnib.
Bu barədə Ukrayna Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb . “Düşmən gecə saatlarında Xmelnitski AES yaxınlığındakı əraziyə hücum edib. Partlayış nəticəsində inzibati və laboratoriya binalarının pəncərələri zədələnib”, – məlumatda deyilir.