Bəli, bunu Dubayda yerləşən salonlardan birində saç ustası-blogger Xuda Qəttan həyata keçirib.
Bəli, bunu Dubayda yerləşən salonlardan birində saç ustası-blogger Xuda Qəttan həyata keçirib.
Saç ustası qeyd edir ki, şokolad yağı saçlara şabalıdı rəngdə çalar verir. Və bütün bunlara sübut olaraq həyata keçirdiyi təcrübəni video-çarxa həkk edib.
O, gözəllik salonundakı xanımın əvvəlcə saçlarını yuyaraq daha sonra hamımızın səhərlər sevərək yediyi Nutella və qatılaşdırılmış süd maskası çəkib. Bir müddət sonra saçlar yenidən yuyularaq maskadan təmizlənib. Nəticədə açıq tonlu xanımın saç rəngi şabalıdı rəng çaları alıb.
Video sosial şəbəklərdə geniş müzakirələrə səbəb olub. Bir çoxları bunun faydasız olduğunu da qeyd ediblər. Lakin elmi cəhətdən şokoladın insan orqanizmi üçün faydası sübut olunub. Belə ki, şokolad yağı saç dərisinə çəkilərkən qan dövranının fəallaşdırır. Bu da saçların tez uzanmasına səbəb olur. Bununla yanaşı, şokolad və ya kakao tərkibli maskalar saçların parlaqlığını artırır.