Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə məhkəmənin növbəti iclası davam etdirilir.
Tribunainfo.az xəbər verir ki, Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilir.
Xatırladaq ki, məhkəmənin hazırlıq iclası yanvarın 17-də başlayıb. Təqsirləndirilən şəxslər erməni dilində tərcüməçilərlə, müdafiə üçün vəkillərlə təmin edilib. Məhkəmədə dövlət ittihamını 6 prokuror, Azərbaycan dövləti adından zərərçəkmiş qismində isə Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak edib.
Cinayət işi üzrə 531 mindən çox zərərçəkmiş və onların nümayəndələri var.