Nurməhəmmədov Dağıstanda gecə klublarının bağlanmasını təklif edib

Nurməhəmmədov Dağıstanda gecə klublarının bağlanmasını təklif edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı samboçu, yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov Mahaçqaladakı gecə klublarından birində qvardiya zabitinin qətlindən sonra Dağıstanda belə müəssisələrin bağlanmasını təklf edib.

“Report” xəbər verir ki, bu barədə o öz “İnstagram” səhifəsində bu tip əyləndirici klubların bağlanmasına çağıran yerli bloqqerin videosunu paylaşaraq yazıb.

“Tam dəstəkləyirəm. Həmvətənlərimə sualım var: bu gecə klubları cəmiyyətimizə nə fayda verir?”, – deyə o bildirib.

Bundan əvvəl Həbib Nurməhəmmədov Floyd Meyvezeri döyüşə çağırıb.