Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Nuridə Allahyarova işindən ayrılıb.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Nuridə Allahyarova işindən ayrılıb.
TİA.AZ xəbər verir ki, Allahyarova bu barədə özünün Feysbuk səhifəsində yazıb:
“Əziz dostlar, doğma Bakı Nəqliyyat Agentliyi ilə iş yollarımızı ayırdıq. Bu müddətdə yeni yaranan qurumumuza və şəxsən mənə ən böyük dəstək mediadan gəldi. Dostlar, haqqınızı halal edin!”.
Qeyd edək ki, Nuridə Allahyarova bu ilin aprel ayından agentliyin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışırdı.