“Nurgün Motors”un başı məhkəmələrdən açılmır… Növbəti iş Nəsimi məhkəməsində

“Nurgün Motors”un başı məhkəmələrdən açılmır… Növbəti iş Nəsimi məhkəməsində

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nissan“, “İnfiniti”, “Ford”, “Reno” kimi avtomobil brendlərinin Azərbaycanda rəsmi distribütoru olan “Nurgün Motors”la bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan 464-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə, vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

“Nurgün Motors”la bağlı iş baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. 21 oktyabr tarixində tarixində hakim Anar İbadzadənin sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, “Nurgün Motors” MMC 21 oktyabr 1996-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 400 AZN olan şirkətin qanuni təmsilçisi Əhmədov Surxay Tofiq oğludur.

“Nurgün Motors”a qarşı tez-tez İXM-nin müxtəlif maddələri ilə protokol tərtib edilib. Bunu nəzərə alaraq şirkətdən səbəbini səbəbini aydınlaşdırmağa çalışdıq. Lakin zənglərimizə cavab verən olmadı. Şirkətin mövqeyini dərc etməyə hazırıq.

Gülşən Rəsul