“Nissan“, “İnfiniti”, “Ford”, “Reno” kimi avtomobil brendlərinin Azərbaycanda rəsmi distribütoru olan “Nurgün Motors”la bağlı cərimə protokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin yol hərəkəti qaydaları əleyhinə olan 347-ci maddəsini pozub. Tələbi pozula maddəyə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
İş baxılması üçün Nəsimi rayon Məhkləməsinə göndərilib. 11 avqust tarixində hakim Elməddin Hüseynovun sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, “Nurgün Motors” MMC 21 oktyabr 1996-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 400 AZN olan şirkətin qanuni təmsilçisi Əhmədov Surxay Tofiq oğludur.
Gülşən Rəsul