“Nurgün Motors” barəsində protokol tərtib edilib – SƏBƏB

“Nurgün Motors” barəsində protokol tərtib edilib – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nurgün Motors” valyuta tənzimi qaydalarını pozduğuna görə cərimələnib.

Tribunainfo.az xəbər verir ki, “Nurgün Motors” İnzibati Xətalar Məcəlləsinin 430.4-cü madəsini pozub.
Tələbi pozulan maddəyə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“Nurgün Motors”la bağlı işə 9 aprel tarixində Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə baxılacaq.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar