“Nurgün Group” növbəti dəfə cərimələndi

“Nurgün Group” növbəti dəfə cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nurgün Group” MMC ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələbini pozub. Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

İşə 7 may tarixində Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, ötən ayın əvvəli “Nurgün Motors” da İXM-nin 430.4-cü maddəsi ilə cərimələnmişdi.

Yazıda adı çəkilən tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Roman