NURGÜL YEŞİLÇAY 16 SAAT AC QALIR – FOTObackend

NURGÜL YEŞİLÇAY 16 SAAT AC QALIR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin məşhur və sevilən aktrisası Nurgül Yeşilçay son günlər sosial media hesabından tez-tez şəkillər paylaşmasıyla gündəmə gəlib.

Tribunainfo.az türk mediasına istinadən xəbər verir ki, əvvəllər sosial mediada bir o qədər də aktiv olmayan gözəl aktrisanın son paylaşımları pərəstişkarlarını sevindirib. Gözəlliyi ilə gündəm olan aktrisanın cazibədar görünüşü haqqında sevənləri təriflər yazıb.

N.Yeşilçayın böyük bacısı ilə paylaşdığı foto da gündəm olub. İki bacının gözlərinin bənzərliyi diqqət çəkib. Aktrisa izləyicilərinin suallarını cavablandıraraq necə gözəl və fit qalmasını açıqlayıb:

“Gecə yemək yeməyi tərgitmişəm. 16 saat ac qalıram. Səhər yeməyini gec yeyirəm və yediklərimə də çox diqqət edirəm. Indi bu arıqlığımın dadını çıxarmaq istəyirəm”.