“Bacım Rübabə Xudaverdiyeva xərçəng xəstəsi olub.
“Bacım Rübabə Xudaverdiyeva xərçəng xəstəsi olub.
2008-ci ildə Əvəz Bayramovdan ayrılıb. Həmin müddətdən sonra xəstə bacıma və onun azyaşlı övladına biz baxmışıq”.
Bunu Quba Rayon Məhkəməsində zorakılıqla üzləşən 10 yaşlı Nuray Bayramzadənin xalası Mehriban Eldarova deyib. O bildirib ki, 2010-cu ildə bacısı uzun sürən xəstəlikdən sonra vəfat edib: “2011-ci ildə ilk dəfə olaraq uşağın atası Əvəz Bayramov tərəfindən məhkəmə iddiası qaldırılıb. 2012-ci ildə isə bizim qəyyumluğumuz ləğv edilib”.
M. Eldarovanın sözlərinə görə, daha sonra keçirilən müxtəlif instansiyalı məhkəmə proseslərində uşağın atasına verilməsi barədə qərar qüvvədə saxlanılıb. Ötən ilin dekabrın 7-də isə Mehriban və onun həyat yoldaşı Eldar Eldarov Quba Rayon Məhkəməsinə çağırılıb. Qərarın məcburi icra olunması ilə bağlı tərəflər arasında qarşıdurma yaranıb. Uşağa və ona təzyiqlər olunub. Məcburi şəkildə uşağı onlardan alıblar. Daha sonra uşaq məhkəmə binasının qarşısında atası Əvəz Bayramovun əlindən qaçaraq yenidən xalasının yanına qayıdıb.
2006-cı il təvəllüdlü Nuray Bayramzadə özü qeyd edib ki, xalası ilə birgə qalmaq istəyir. Uşağın sözlərinə görə, ilk dəfə atasını məhkəmə prosesində görüb, onunla birgə yaşamaqdan qorxur.
Baş verən hadisə ilə əlaqədar tərəflər Bakıya, Ədliyyə Nazirliyinə çağırılıblar.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda 10 yaşlı Nurayın xalasından alınaraq atasına verilməsi zamanı uşağa qarşı məhkəmə icraçıları tərəfindən açıq zorakılıqla üzləşib. (apa)