Nuranə on il əvvəl bənzər hadisədə xəsarət alıbmış – Video

Nuranə on il əvvəl bənzər hadisədə xəsarət alıbmış – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, 36 yaşlı Nuranə Məcidova Siyəzəndə Beşbarmaq dağında paraşütlə uçarkən qayaya çırpılaraq faciəli şəkildə ölüb.

Tribunainfo.az-ın məlumatına görə, paraşüt idmanı üzrə təlimatçı Oktay Qasımov bildirib ki, N.Məcidova uçuş zamanı digər pilotlarla birlikdə olub:

“Aralarında müəyyən məsafə var idi. Hadisəni görüblər və dərhal yaxınlaşıblar. Təəssüf ki, artıq gec idi. On il əvvəl də buna bənzər bir hadisə yaşamışdı, lakin o zaman yüngül xəsarət almışdı. Bir müddət fasilə vermişdi, sonra yenidən bu idmanla məşğul olmağa başlamışdı”.

Təlimatçının sözlərinə görə, Nuranə Məcidovanın yeddi yaşlı övladı var idi.

Ətraflı Baku TV-nin süjetində: