“Temu” şirkəti dələduzluqla məşğuldur. Sosial şəbəkələrdə bu mövzuda tez-tez statuslar görürdüm, dünən proqramı yüklədim və şahidi oldum.
Tribunainfo.az xəbər verir ki, bu barədə müğənni Nura Suri paylaşım edib. O bildirib ki, guya hədiyyə və bonuslar verirlər, amma açıq-aydın insanları aldadırlar:
“Dünən bir bloggerin paylaşımını gördüm, “Temu”nun hədiyyə verdiyini yazıb, link qoymuşdu.
Linkə keçid etdim və eyni paylaşımı mən də etdim ki, görüm bu doğrudur ya yox. Nəticədə əmin oldum ki, bu bir dələduzluqdur. Beləliklə, proqramı necə yükləmişdimsə, elə də sildim”.
Gülşən Rəsul