backend

Nura Suri televiziya rəhbərlərini İFŞA ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Nura Suri televiziya rəhbərlərini ifşa edib 

Müğənni Nura Suri televiziya rəhbərlərini ifşa edib.


TİA.AZ xəbər verir ki, müğənni bu barədə sosial şəbəkədə yazıb. Onun statusunu olduğu kimi təqdim edirik:

“Mövzu olmayanda müğənniləri müzakirə edirlər. Efirdən niyə yazmırsınız? Ağzının danışığını bilməyən, hər yerindən duran pul verib efirə çıxır. Televiziya rəhbərləri işçilərinin, bütün qonşu və qohumlarının tədbirlərinə, toylarına müğənniləri çağırıb havayı oxutdururlar… Müğənni bilmir vergi ödəsin, işçilərinə maaş versin, əyin-baş alsın, salona xərcləsin, yoxsa ailəsini dolandırsın. Bütün dövlət tədbirlərinə ayrılan vəsait çəkiliş aparan televiziya işçilərinin cibinə gedir. Müğənnilər isə təmənnansız ifa edir. Getməyəndə isə həmin kanal tərəfindən müğənnilərə qadağa qoyulur”.