Müğənni Nura Suri dünən qatıldığı gecəyə dərin sinə və ayaq dekolteli, cazibədar bir libasda qatılıb.
Tribunainfo.az xəbər verir ki, şəhərin məşhur restoranlarının birində çıxış edən müğənni səhnəöncəsi şəkillərini sosial şəbəkə izləyiciləri ilə bölüşüb. Gözəl bədən quruluşuna sahib Nura Suri cazibədar görüntüsü ilə heyran qoyub. Onun fotolarına xeyli sayda bəyənmə gəlib. Ancaq müğənniyə tənqidi şərhlər yazanlar da olub.
Bu barədə özü qeyd edib. Bildirib ki, bəzi kişilər geyiminə görə ona təhqirlər və söyüşlər yazıb:
“Beyin işlətməyən insanlardan zəhləm gedir. Bu geyimim səhnə üçün hazırlanıb. Kişilərin utanmadan açıq şəkildə qeybət etməsi, qadınların geyimini müzakirə etməsi ikrah hissi oyadır”.
Gülşən Rəsul