Nura Suri oğlunun təhsili üçün yarım milyon manat xərclədiyini açıqlayıb.
Tribunainfo.az xəbər verir ki, o, bu haqda “Günə son” verilişində açıqlama verib :
“Övladlarım xarici məktəbdə oxuyub. Bunu deməliyəm. 4 yaşından bu uşaq oxuyur, imtahan verir. Daha sonra 11 il bunun ödənişini edirsən. Görün valideynin üzərinə nə qədər yük düşür. Bunu da ona yaxşı təhsil vermək üçün edirik. Bu hələ orta məktəbdir. Xarici məktəbdə oxuduğu üçün Azərbaycanda heç bir ali məktəbə girə bilmir. Mütləq gedib xaricdə oxumalıdır. Bunun da qiymətinin necə baha olduğunu yəqin ki, bilirsiz. Oğlum Londonda təhsil alanda iki evimi satmışam, yarım milyon xərc qoymuşam” .