Ölkə mətbuatında “Nur-Klinika” MMC haqqında gedən yazılara münasibət.
Belə ki, klinikanın sosial hesabında 2022-ci ildə səriştəsiz əməkdaş tərəfindən paylaşılan foto artıq hesabdan silinmiş və əməkdaş işdən kənarlaşdırlmışdır. Klinikada etik qaydalara pasiyentlərə xoş rəftar və şəxsi məlumatların yayımlanmasına yol verilmir.
Bu halların qarşısı alınması məqsədili ilə klinikada çalışan təcrübəli həkimlərlə və xidməti personal məlumatlandırılmışdır.
Qeyd etmək istərdik ki, Klinikamız bölgədə müasir standartalara cavab verən tibbi təchizatla fəaliyyət göstərir və əhalinin sağlamlığı keşiyində duraraq bütün müasir tibbi tədbirlər həyata keçirir.
Bildirmək istərdik ki, klinika mütəmadi dövlət vergi ödənişlərini edir və yüksək tibbi xidmət göstərən həkimlər həmçinin tibbi personalla və digər əməkdaşlarla əmək müqaviləsi bağlanıb.
Həmçinin bildirmək istərdik ki, bölgədə yaşayan şəhid və qazi ailələri klinikamıza müraciət etdikdə onlara təmənnasız yüksək tibbi xidmət göstərilir.
Bu xoşəgəlməz hadisəyə görə cəmiyyətimizdə səhiyyəmizə olan inam sarsılmayacaq və bölgədə pasiyentlərimizə yüksək tibb xidmət göstərəcəyimiz davam edəcək.
“Nur-Klinika” MMC-ın qanuni təmsilçisi Müşfiq Hüseynov