Türkiyədə “Nur camaatı” adlanan dini təriqətin liderlərindən biri olan Həsən Akar türk xalqının lideri Mustafa Kamal Atatürkü təhqir edib.
Türkiyədə “Nur camaatı” adlanan dini təriqətin liderlərindən biri olan Həsən Akar türk xalqının lideri Mustafa Kamal Atatürkü təhqir edib.
TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, Həsən Akar “TVNet” telekanalında yayımlanan “Dərin tarix” adlı verilişdə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkü “1938-ci ildə gəbərən əclaf” adlandırıb.
Daha sonra Həsən Akar Mustafa Kamal Atatürkün anasını da təhqir etməkdən çəkinməyib: “Rəsmi məlumatlara görə, anası Lətifə xanım fahişəxanalarda çalışırdı”.
Həsən Akarın sözügedən ifadələri söyləməsini əks etdirən video sosial şəbəkələrdə ciddi etirazlarla qarşılanıb.
Türkiyə ictimaiyyəti Həsən Akarı sözügedən ifadələrinə görə cəzalandırılmasını tələb edib.
Xatırladaq ki, 2014-ci ilədək Fətullah Gülən hərəkatı Türkiyədə “Nur camaatı”nın ən güclü qanadı kimi tanınıb. Lakin həmin ili Gülən camaatı “Nur camaatı” ilə fikirlərinin üstü-üstə düşmədiyini əsas gətirərək, bu təriqətdən ayrıldığını bəyan edib.