“Həzrəti Nuhun yaşadığı dövrdə texnologiya indikindən daha yüksək səviyyədə idi”. TİA.AZ xəbər verir ki, bu fikrin sahibi Türkiyənin İstanbul Universitetində çalışan elmi işçi Yavuz Örnəkdir. Yavuz Örnək qatıldığı televiziya proqramında Nuh peyğəmbər gəmiyə minmək istəməyən oğlu ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq onu fikrindən daşındırmağa çalışıb” iddiasını ortaya atıb. Örnək eyni zamanda Nuh peyğəmbərin 400 metrlik dalğalara tab gətirən çəlik lövhələrdən böyük bir gəmi hazırladığını və bu gəminin nüvə enerjisi ilə hərəkətə gəldiyini bildirib.
Vəsilə İbrahim
TİA.AZ