Noyabrda ardıcıl 4 gün iş olmayacaq

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gələn ay ardıcıl 4 gün iş olmayacaq. Tribunainfo.az-ın məlumatına görə, 8 noyabr Zəfər Günü, 9 noyabr isə Dövlət Bayrağı Günüdür.

Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, hər iki tarix şənbə və bazara təsadüf etdiyi üçün noyabrın 10-11-i də qeyri-iş günü olacaq.

Noyabrın 12-si isə bayramlardan sonra ilk iş günü olacaq.

Qeyd edək ki, Konstitusiya Günü (12 noyabr) və Milli Dirçəliş Günü (17 noyabr) isə iş günü olan bayram günləridir.