Təhsil eksperti Kamran Əsədov bildirib ki, şagirdlərimiz noyabr ayında demək olar dərsə getməyəcək.
Tribunainfo.az xəbər verir ki, onun sözlərinə görə, noyabr ayında ardıcıl 5 gün – 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günü olacaq. Bundan sonra isə 5 gün payız tətili (16-20 noyabr) olacaq:
“5 günlük məktəblərdə təhsil alan şagirdlər 30 günlük noyabr ayında cəmi 14 gün dərsə gedib, 16 gün istirahət edəcəklər.
İtirilmiş dərslərin bərpası (hər fənn üzrə azı 4 paraqraf) müəllimlərə və şagirdlərə əlavə yük olacaq”