backend

NOVRUZDA TƏTİL GÜNLƏRİNİ HARADA KEÇİRƏK?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir.  

Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir. 

Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər.

Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı, Azərbaycan türkləri də baharın – yeni ilin gəlişini şənliklərlə qarşılayırlar.

Azərbaycanda da bu bayram böyük təntənə ilə qeyd olunur. Bu münasibətlə bütün ölkə ərazisində bayram tədbirləri keçirilir.

Qeyd edək ki,  yaz fəslinin Azərbaycana gəlişi martın 20-i Bakı vaxtı ilə saat 14:29 dəqiqədə daxil olur. Odur ki, martın 20-si Azərbaycanda bayram axşamı, martın 21-i isə bayram günü hesab olunur.
 

Martın 20-də Günəş səmanın Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir.


Novruz bayramında hara getməli?


Azərbaycanda Novruz bayramı ilə əlaqədar mart ayının 18-dən 26-dək qeyri iş günü hesab olunur. TİA.AZ bu günlərdə sizə iştirak edə biləcəyiniz  tədbirlər siyahısı təqdim edir:

 

17-18 mart. Saat 12:00 14:00. İlk dəfə olaraq Elite Events Hall uşaqları və valideynləri Qarabağ atlarının möhtəşəm şousu ilə keçiriləcək “Novruz gəlir yaz gəlir” adlı animasiyalı bayram proqramına dəvət edir.

Biletin dəyəri  35 manatdır.


18 –26 mart. Saat 12.00,14.00,16.00  Kukla Teatrında K.Ağayeva “GÖYÇƏK FATMA, Rus xalq nağılı “QOĞAL” (rus dilində), Azərbaycan xalq nağılı “AĞ BABANIN NAĞILI”, T.Ağayev “QOÇAQ ƏHMƏD” (rus dilində),  A.Şaiq “TIQ-TIQ VƏ TAQ-TAQ – ın nağılı”,  C.Rodari “ÇİPOLLİNO” (rus dilində),  K.Ağayeva “MƏLİKMƏMMƏD”,  Ş.Perro “QIRMIZI PAPAQ”, Rus xalq nağılı “TURP”,  N.Kazımov “ƏLƏDDİN” tamaşaları nümayiş olunacaqdı.
Biletlərin dəyəri 3 manatdır.

8-19 mart. Saat 11:30, 14:30, 17:30 Heydər Əliyev adına Sarayında “Pepee” uşaq interaktiv tamaşası göstəriləcək. Biletin dəyəri 5-49 manatdır.


21 mart. Saat 19:00. Heydər Əliyev Sarayında “Muğam və Mənəviyyat” adlı ədəbi-bədii kompazisiya gecəsi keçiriləcək. Gecədə Respublikanın Xalq artisti Arif Babayev, Səkinə İsmayılova, Nəzakət Teymurova, Aygün Bayramova, Gülyanaq Məmmədova, Əməkdar artistlər Almaz Orucova, Ehtiram Hüseynov iştirak edəcəklər.
 

Biletin qiyməti 20-80 manatdır.


19 -27 mart. Saat 11,13,15,17.00 . Azərbaycan Milli Dram Teatrında

Novruz şənliyi keçiriləcək.

21 Mart tarixində Qafqaz otelləri şəbəkəsinin təşkilatçılığı ilə Türkiyənin əfsanəvi “Anadolu Ateşi” Rəqs Qrupu Qəbələ Konqres Mərkəzində konsert proqramı ilə çıxış edəcək. Biletlərin qiyməti 60 manatdan 150-ə kimidir.

18 mart. Saat 19.00. YARAT Müasir İncəsənət Məkanı “Fırfıra” tamaşasını səhnəyə qoyacaq. Kolumbiyalı rəssam Oskar Murillonun sərgisindən ilhamlanan, ADO Teatrının direktoru və rejissoru Elmin Bədəlov başda olmaqla teatrın truppası və kastinq zamanı seçilmiş həvəskar aktyorlar maraqlı və riqqət doğuran tamaşa yaradıblar. Tamaşaya giriş sərbəstdir.


İlahə