Novruz Məmmədovdan beynəlxalq təşkilatlara ZƏHRA TƏNQİDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov erməni hərbi birləşmələrinin mülki azərbaycanlılara hücumu qarşısında susan beynəlxalq təşkilatları tənqid edib. 
Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov erməni hərbi birləşmələrinin mülki azərbaycanlılara hücumu qarşısında susan beynəlxalq təşkilatları tənqid edib.

TİA.AZ xəbər verir ki, N.Məmmədov hadisə ilə bağlı münasibətlərini “Facebook” səhifəsində açıqlayıb: “İnsan haqlarının müdafiəsini özlərinin əsas missiyası hesab edən beynəlxalq QHT Alxanlı kəndini atəşə tutaraq uşaq və nənənin vəhşicəsinə qətli ilə bağlı, görəsən niyə ağızlarını açıb bir söz demirlər, nə səbəbə susurlar. Qəribədir deyilmi? Hesab edirəm ki, insan haqları məsələsində ədalətli və səmimi olsaydılar, bu sahəyə çox “diqqət yetirən” bir sıra böyük dövlətlərin rəsmiləri də Alxanlıda dinc insanların qətlinə münasibət bildirərdilər. Amma əfsuslar”.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri – 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.