Bu ilin martında Prezident İlham Əliyev tərəfindən əfv fərmanının imzalanması gözlənilir.
Bu ilin martında Prezident İlham Əliyev tərəfindən əfv fərmanının imzalanması gözlənilir.
TİA.AZ-ın əldə etdiyi məlumata görə, qarşıdan gələn Novruz bayramı ərəfəsində dövlət başçısı tərəfindən növbəti əfv fərmanı imzalana bilər.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Məlah İbrahimqızı Publika.az-a deyib ki, üzvü olduğu Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasına xeyli sayda müraciətlər daxil olur:
“Müraciətlərin sayı çoxdur. Təkcə mənə deyil, digər üzvlərə də müraciətlər göndərilir. Biz də onları araşdırıb təhlil edirik. Ancaq əfvin olub-olmaması və dəqiq vaxtı ilə bağlı heç bir söz deyə bilmərəm. Çünki əfv fərmanının nə zaman imzalanması yalnız cənab Prezidentin səlahiyyətində olan məsələdir”.