ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp vəzifəsinin icrasına başlamamış ölkə mediasında sensasiyalı məlumat yayılıb.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp vəzifəsinin icrasına başlamamış ölkə mediasında sensasiyalı məlumat yayılıb.
TİA.AZ xəbər verir ki, Trampın prezidentlik müddətinin 4 ildən artıq davam etməyəcəyi deyilən xəbərlərdə növbəti dövlət başçısının kimliyi araşdırılıb.
CNN-in məlumatına görə, Tampdan sonra ABŞ prezidenti Feysbukun qurucusu, 32 yaşlı Mark Zukerberq ola bilər.
Seçicilərin Zukerberqə münasibəti hələlik naməlum olsa da, milyarder iş adamının 2020 və ya 2024-cü illərdə keçirilən seçkilərdə iştirak edəcəyi gözlənilir.
Dünyanın 6-cı ən varlı şəxsi olan Zukerberq artıq ətrafında komanda yaratmağa başlayıb. O, Obamanın seçki kampaniyasına rəhbərlik edən Devid Plouffla əməkdaşlığa başlayıb.