Növbəti iki gündə rayonlara leysan yağacaq, çaylardan sel keçəcək – XƏBƏRDARLIQbackend

Növbəti iki gündə rayonlara leysan yağacaq, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın rayonlarında iyunun 7-si günün ikinci yarısından 9-u axşamadək əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən  Tribunainfo.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur, Qarabağ, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Naxçıvan MR) yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.