Məşhur karikaturaçı Omar Momani “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanova karikatura həsr edib.
Tribunainfo.az xəbər verir ki, o karikaturanı feysbuk hesabında paylaşıb.Momani paylaşımına “Qurban Qurbanov – əsl Qarabağ əfsanəsi” şərhini yazıb.
Karikaturada Qurban Qurbanov at belində təsvir olunub. O, Roma imperatoru Yuli Sezara bənzədilib.