Norveçli nazir arvadının karyerasından ötrü istefa verdi

Norveçli nazir arvadının karyerasından ötrü istefa verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveçin nəqliyyat naziri Ketil Sulvik-Ulsen həyat yoldaşının karyerasından ötrü istefa verib.

“Qafqazinfo”nun xarici mediaya istinadən məlumatına görə, 46 yaşlı siyasətçinin xanımı bundan sonra işi ilə əlaqədar ABŞ-da yaşayacaq. Ulsen də bu səbəbdən vəzifəsinə son verərək onunla birlikdə Amerikaya getmək qərarına gəlib:

“Həyat yoldaşıma Alabama ştatının Birminhem şəhərində uşaq  xəstəxanasında iş təklif edildi. Bu cür fantastik imkanlar yarananda gərək ondan istifadə edəsən”.

Sulvik-Ulsen əlavə edib ki, indiydək xanımı onun üçün güzəştə gedib, indi isə belə bir addımı o atmalıdır: “Uşaqların 12 və 10 yaşı var. Onlar üçün yeni ölkə və yeni dil maraqlı olacaq. Baş nazir Erna Sulberq bu qərarımı anlayışla qarşıladı”.

Qeyd edək ki, Ketilin vəzifəsini bundan sonra hazırkı kənd təsərrüfatı naziri Con Georq Deyl icra edəcək.