NORVEÇDƏ AZƏRBAYCANA AİD GÖRÜN NƏLƏRƏ HEYRAN QALDILAR – FOTO

NORVEÇDƏ AZƏRBAYCANA AİD GÖRÜN NƏLƏRƏ HEYRAN QALDILAR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveçdə yaşayan yazar Günel Mövlüd şəhər meyranında keçirilən Dil və Mədəniyyət Festivalında Azərbaycanı təmsil edib.

Tribunainfo.az yazır ki, bu barədə o şəxsi Feysbuk səhifəsində yazıb. G.Mövlüd bildirib ki, keçən il şəhər meydanındakı səsli-küylü Dil və Mədəniyyət Festivalında, onlarla ölkə arasında Türkiyə, Qazaxstan, Qırğızıstan, Rusiya, Ukrayna və başqa qonşu ölkələrin çadırlarını görəndə, gözü Azərbaycan çadırını axtarıb, ancaq tapmayıb:

“Tədbirdən sonra festival rəhbərliyi ilə əlaqə saxladım. Məlum oldu ki, Trondheim və ətrafdında 200-dən çox azərbaycanlı yaşasa da, festivalda iştirak üçün heç kim müraciət etməyib. Onda xahiş elədim ki, gələn il üçün Azərbaycan çadırı nəzərdə tutulsun.
Xoşbəxtlikdən, il uzunu bir neçə həmvətənimizi tapdım, tanış olduq, dostlaşdıq. Bu il də festivalda birlikdə iştirak etdik. Hərə əlindən gələni elədi.

Azərbaycandakı dəyərli dostlardan biri milli paltar və kəlağayılar hədiyyə elədi. Biz də Bakıdan başqa milli atributika gətizdirdik. Festivala gələn 2000-dən çox qonağa vazkeçilməz çay süfrəmiz başda olmaqla, bizi bir xalq, toplum kimi simvolizə edən xeyli atributikamızı təqdim etdik.

500-dən çox qonağa kəklikotulu çay süzdük. Yanında şirniyyyatlarımızdan təklif etdik. Bəyənməyən, sevməyən bir nəfər də olmadı. Azərbaycan çayını necə və hardan ala biləcəklərini soruşdular. Sərgiyə qoyduğumuz çayları satın almaq istəyənlər də az olmadı.

Svarovski daşları ilə bəzədilmiş bu olduqca bahalı milli geyimi bizə simvolik qiymətə satan Bakı Milli Geyim Evi və direktor Könül Vəlibəyliyə də ayrıca təşəkkür edirik. Növbə ilə geyinib, şəkil çəkdirdik, qonaqları salamladıq”.