Norveç Fələstin dövlətini rəsmən tanıdığını bildirib.
Tribunainfo.az xəbər verir ki, qərar mayın 28-də qüvvəyə minəcək.
Skandinaviya ölkəsi Fələstini tanıyan onuncu Aİ üzvü oldu. Bolqarıstan, Kipr, Çexiya, Macarıstan, Malta, Polşa, Rumıniya və Slovakiya bunu hələ 1988-ci ildə, birliyə qoşulmazdan əvvəl etmişdilər. İsveç isə Fələstini 2014-cü ildə tanıyıb.
Musavat.com “Politico” nəşrinə istinadla əlavə edir ki, İspaniya, İrlandiya və “başqa bir ölkə” də çərşənbə günü Fələstini tanıyan bəyanat yaymaq niyyətindədir.
Xatırladaq ki, İrlandiya, İspaniya və bir sıra digər Avropa İttifaqı (Aİ) ölkələrinin mayın 21-də Fələstini tanımaq məsələsini nəzərdən keçirəyi barədə məlumat vermişdik. Həmin məlumata əsasən, İrlandiya, İspaniya, eləcə də Sloveniya və Malta Fələstin dövlətçiliyinin birgə tanınması məqsədi ilə əlaqələri gücləndirib.
Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken bildirmişdi ki, Vaşinqton yəhudi dövləti üçün təhlükəsizlik təminatlarının olacağı təqdirdə Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edir.