Norveç Dövlət Təqaüd Fondunun həcmi trilyonu keçdi

Norveç Dövlət Təqaüd Fondunun həcmi trilyonu keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveç Dövlət Təqaüd Fondu 2017-ci ildə 13,7% gəlir əldə edib.

Axar.az xəbər verir ki, bu barədə informasiya fondun hesabatında yer alıb. Hesabatda fondun gəlirinin 131,5 milyard dollar təşkil etdiyi vurğulanıb. Bu isə 2016-cı ilin göstəricisindən 6,9% çoxdur.

Fond əsas gəlirini səhmlərə, istiqrazlar və daşınmaz əmlaka qoyduğu investisiyalardan götürüb. Nəticədə fondun ümumi həcmi 1,085 trilyon dollar olub.

Qeyd edək ki, Norveç Dövlət Təqaüd Fondu dünyanın 9 min şirkətində müxtəlif həcmli paya sahibdir. Fondun səhmlərinin böyük olduğu şirkətlər sırasında “Apple”, “Nestle” və “Shell” də var.