Norveç avqustun 14-dən “Meta”nı gündə 1 milyon kron cərimələməyə başlayacaq

Norveç avqustun 14-dən “Meta”nı gündə 1 milyon kron cərimələməyə başlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveç tənzimləyicisi avqustun 14-dən etibarən “Meta” şirkətini məxfiliyin pozulmasına görə gündə 1 milyon Norveç kronu (98,5 min ABŞ dolları – Qeyd) məbləğində cərimələməyə başlayacaq.

Tribunainfo.az xəbər verir ki, bu barədə Norveç İstifadəçi Məlumatlarının Mühafizəsi Agentliyinə istinadən “Reuters” agentliyi məlumat yayıb.

Norveç tənzimləyicisi iyulun 17-də bildirib ki, şirkət aşkar etdiyi məxfilik pozuntularını aradan qaldırmasa, cərimələnəcək.

Cərimə noyabrın 3-dək tutulacaq. Norveç tənzimləyicisi Avropa Məlumatların Mühafizəsi Şurasına sorğu göndərərsə və krallıq orqanlarının qərarını təsdiq edilərsə, cərimə daimi ola bilər.