“Nort Vest Konstrakşn” MMC-yə inzibati protokol yazılıb.
Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsininn 228-ci (İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
İş Füzuli Rayon Məhkəməsinin hakimi Elmir İsmayılovun sədrliyi ilə araşdırılacaq.