Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balıqçılıq üzrə mütəxəssisləri nohurbalıqçılığı (akvakultura) təsərrüfatlarının sahibləri ilə növbəti görüşü Masallı rayonunda keçirib.
Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı və Astara rayonlarının nohurbalıqçılığı (akvakultura) təsərrüfatlarının sahiblərinin iştirak etdiyi görüşdə sahibkarlara nohurlarda balıq yetişdirilməsinin inkişaf perspektivləri, daha yüksək məhsuldarlığın əldə olunması üsulları vəkeyfiyyətli yem təchizatının təmin olunması ilə bağlı məsləhətlər verilib, sahibkarların problemləri dinlənilib vəhəlli yolları müzakirə edilərək onlara müvafiq tövsiyələr verilib.
Görüşdə nohur balıqçılığı təsərrüfatlarının qeydiyyata alınması proseduru ilə bağlı sahibkarlar təlimatlandırılıb, yarana biləcək sualların cavablandırılması üçün ETSN-nin müvafiq qurumlarına müraciət etmələrionların diqqətinə çatdırılıb.
Xatırladaq ki, belə bir görüş Salyan və Neftçala rayonlarının nohur balıqçılığı (akvakultura) təsərrüfatlarının sahibləri ilə də keçirilib.