Xəbər verdiyimiz kimi, Ədəbiyyat üzrə Nobel mükafatının qalibi məlum olub.
Bu il həmin mükafata təsirli və uzaqgörən yaradıcılığına görə macar yazıçı Laslo Krasnohorkai layiq görülüb.
Mövzu ilə bağlı Tribunainfo.az yazıçılarımız arasında sorğu keçirib.
Bu il Ədəbiyyat üzrə Nobel mükafatının Macar yazıçı Laslo Krasnohorkaiyə verilməsini necə qiymətləndirirsiniz?
Sizin namizəd kim idi?
Cavabları təqdim edirik:
Sara İbrahim
Ədəbiyyat nominasiyası üzrə qalibin heç bir əsərini oxumamışam. Xəbəri eşidib araşdırdım, mənə maraqlı gəldi. Xüsusilə, Nobel komitəsinin ona mükafatı “qorxulu apokaliptik vəziyyətlər arasındakı sənətin gücünü təsdiqləyən, inandırıcı və vizyoner əsərlər” səviyyəsində verdiyini biləndə marağım ikiqat artdı. Əsərlərini tapıb oxuyacam. Bu yazıçının qalib olacağına inananlar çox idi. Konkret bir namizədim yox idi. Murakaminin qalib gəlməsini istəyərdim, amma bilirdim ki, yenə onu seçməyəcəklər.
Sevinc Elsevər
Çox vaxt Nobel alırlar, sonra tanıyırıq imzaları. Macar yazıçısından heç nə oxumamışam. Yalan deməyəcəm. “Sizin namizədiniz kimdir” sualına güldüm. Namizədim yoxdur. Heç vaxt da belə bir namizədim olmayıb.
Mənim əlimdə olsaydı, Nobeli bu gün rəfiqəm Nərmin Kamala verərdim. Doğum günüdür. Qəşəng hədiyyə olardı ona.
Həm də Azərbaycan ədəbiyyatına. Yeri gəlmişkən, onu təbrik edir, Nobel arzulayıram!
Sahilə Yaya
Siyahını güdməyi tərgitmişəm. Bir neçə il öncəki Nobel qalmaqalından sonra siyahıya baxmadığım illər olur. Nobel mükafatı alanın yazısını mütləq oxumalıyam deyə, məcburiyyətim yoxdur, oxuyub bəyəndiyim müəllifin hansı mükafat aldıgı ile maraqlana bilərəm. Son onillikdə Nobel alan müəlliflərdən Olqa Tokarçuku bəyənirəm. Ötən ilki müəllifi də sevdim. Qadın müəllifləri daha çox oxuyuram.
Fəxri Uğurlu
Laureatın yaradıcılığına bələd deyiləm, yalnız ümumi məlumatım var. Mənim konkret namizədim yox idi.
Şərif Ağayar
Bu il izləmədim. Favoritim də yoxdur. Amma Nobel Komissiyasına inanıram. Həmişə daha ədalətli seçimə yer qoyublar, amma heç vaxt səhvə yol verməyiblər.
Aqşin Yenisey
Sözün açığı, mən ədəbi zövqümü heç bir mükafatlandırma oyalına etibar etmirəm. Son illər adı medianı, mükafat təqdimatlarını bəzəyən heç bir yazarı da oxumuram. Amma Qismət Rüstəmov Krasnohorkaini həmişə tərfiləyirdi. Yəqin bir-iki romanını oxuyacağam.
Dəniz Pənahova