Nobel Sülh Mükafatına namizəd deyiləm – Tramp

Nobel Sülh Mükafatına namizəd deyiləm – Tramp

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp bildirib ki, o, Nobel Sülh Mükafatına namizəd deyil.

“Bu barədə deyəcək heç nəyim yoxdur. Mən edə biləcəyim tək şey müharibələri dayandırmaqdır. Mən sadəcə insanların həyatını xilas etmək istəyirəm”.

Tribunainfo.az xəbər verir ki, Tramp CBS News telekanalına müsahibəsində qeyd edib.

O deyib ki, bəzən tərəflər bir-biri ilə o qədər uzun müddət mübarizə aparır ki, onlar sülh haqqında heç düşünmürlər.

“Bu, həyat tərzinə çevrilir. Mən onları sülhə inandıra bilərəm”.

Tramp bir neçə müharibəni bitirdiyinə görə onunu Nobel Sülh Mükafatına layiq olduğu bildirilib. Trampın Ermənistanla Azərbaycan, İran və İsrail, Ruanda ilə Konqo Demokratik Respublikası, Tailand və Kamboca, Hindistan və Pakistan, Misir və Efiopiya, Kosovo ilə Serbiya arasında münaqişələri yatırdığı qeyd edilib.
2025-ci il Nobel Sülh Mükafatının qalibi oktyabrda bəlli olacaq.