Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılova məxsus olduğu iddia edilən və yaxın günlərdə yaşıllıqları məhv etdiyi üçün böyük məbləğdə cərimələnən “Qismət-M Construction” MMC məhkəməyə verilib.
Tribunainfo.az xəbər verir ki, icra başçısına məxsus MMC ilə bağlı məhkəmədə iddianı “Yelo Bank” qaldırıb. İşin mahiyyəti müqavilədən əmələ gələn öhdəliklər üzrə mübahisədir. Bankın məhkəməyə müraciət etməsinə səbəb başqa öhdəliklərin də yerinə yetirilməməsi olsa da, onlar açıqlanmır.
İşə 11 iyun tarixində Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq.
Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Roman