Nizami rayonunda “yaşıl vəhşilik” – Foto

Nizami rayonunda “yaşıl vəhşilik” – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nizami rayonunda yaşıllıqlara qarşı edilən vəhşilik sosial şəbəkələrdə müzakirə yaradıb.

Tribunainfo.az xəbər verir ki, qanunsuz aparılan tikintiyə mane olan ağacı divara hörüblər. Bu barədə Nizami rayoni İmadəddin Nəsimi küçəsi 37 sakinləri bildirib ki, belə iş görən şəxs özü mənzil-kommunal istismar sahəsində çalışır. Elə sözügedın qanunsuz tikili də MKİS üçün inşa edilir:

“Guya Mənzil-Kommunal İstismar İdarəsi üçün anbar tikilir. Əslində isə qaraj inşa edirlər, tikən şəxs də mənzil-kommunal istismar sahəsində çalışır. Tikinti aparılanda ağacı kəsə bilmədikləri üçün divara hörüblər”.

Sakinlər bildirib ki, Nizami rayonunda yaşıllıqların başına oyun açılır, bunun qarşısını alan isə yoxdur.

Gülşən Rəsul