Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi keçirdiyi tenderin nəticələrini açıqlayıb.
Tribunainfo.az xəbər verir ki, müxtəlif növ vasitələrin satınalınmasını əhatə edən müsabiqənin qalibi “GİLL MED” QSC olub.
Belə ki, şirkətlə 98 min 313 manatlıq müqavilə imzalanıb.
Maraqlıdır ki, “Gill Med” QSC tibbi avadanlıq və vasitələrin istehsalı üzrə ixtisaslaşıb. Əsasən tibb işçiləri üçün geyim, təhükəsizlik vasitələri, dezinfeksiya və sair məhsulların istehsalı ilə məşğuldur.
Lakin Nizami MKTB-nin keçirdiyi tenderin ətraflı izahında qeydd edilir ki, “Gill Med” dövlət qurumuna təkcə işçilər üçün 370 ədəd yay paltarları deyil, 2 ədəd pereferator və 2 ədəd drel də alacaq.
P.S. Əcəba, tibb şirkəti nə zamandan drel və “pereferator” istesahl edir? Hər halda Nizami MKTB və “Gill Med”in məntiqli bir açıqlaması vardır.
Fərda Uğur