NİZAMİ KÜÇƏSİNDƏ TARİXİ BİNALARI BELƏ MƏHV EDİRLƏR – FOTO

NİZAMİ KÜÇƏSİNDƏ TARİXİ BİNALARI BELƏ MƏHV EDİRLƏR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nizami küçəsində yerləşən tarixi binada yerləşən “Gazelli Café” binanın qarşısında terras yaradıb. Bu məqsədlə aparılan genişləndirmə işləri tarixi binanın fasadına xələl də gətirib.

Tribunainfo.az yazır ki, bu problem memar Elçin Əliyev ictimailəşdirib. O bildirib ki, bu cür əhəmiyyətli memarlıq abidələrinin kafe, restoranlar üçün məhv edilməsi qəbuledilməzdi:

“Bina 1908-1910-cu illərdə tikilib və yerli əhəmiyyətli memarlıq abidələrinin siyahısındadır. Bu mülk vaxtilə Bakı milyonçusu Ağa Musa Nağıyevin olub və görkəmli polyak memar İosif Ploşkonun layihəsi ilə tikilib. Indi isə fasadı bir kafenin tyerrasına görə zədələnib”.