NİZAMİ KİNO MƏRKƏZİ REJİSSORUN PULU İLƏ İŞIQ BORCUNU ÖDƏDİ

NİZAMİ KİNO MƏRKƏZİ REJİSSORUN PULU İLƏ İŞIQ BORCUNU ÖDƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nizami Kino Mərkəzi rejissor Emil Quliyevin filmi hesabına yığılan vəsaiti ona vermək əvəzinə kinoteatrın işıqpulu borcunu ödəyib.

Tribunainfo.az xəbər verir ki, bu barədə rejissor özü yazıb. O bildirib ki, Nizami Kino Mərkəzindən pulunu almağa utanır:

“Təxminən bir il bundan qabaq Nizami Kino Mərkəzində “Mən burada tək olmuşam” filminin prokatı baş tutdu. Prokat dövrü ərzində müəyyən bir məbləğ yığıldı. Getdim pulumu almağa. Dedilər ki, sənin puluna kinoteatrın işıq pulunu ödəmişik. Onların yerinə mən utandım, inanın Allaha.

 


Hələ də pulumu ala bilməmişəm. Əslində, heç almaq fikrim də yoxdur. Kinomuzun işığı olmasa da kinoteatrımız işıqlı olsun”.

Rejissor Feyruz Şamilov isə bu məsələdə Nizami Kino Mərkəzini haqsız hesab etmir. O bildirib ki, günah Maliyyə Nazirliyi ilə İqtisadiyyat Nazirliyindədir:

“Rejissor Emil Quliev Nizami Kino mərkəzindən öz filminin nümayişindən gələn dost doğma vəsaitini istəyib. Rejissorun dediyinə görə Mərkəzdən bildiriblər ki onun vəsaiti ilə kinoteatrın işıq borcunu ödəyiiblər və o da bu cavaba görə utanıb.
Statusda yazıldığından fərqli olaraq mən statusda yazılan mənada utanmalı bir məsələ görmürəm. Nizami onsuz da hər gün hər rejissorun əvəzinə utanır, hər prodüserin əvəzinə əzilib sıxılır ki onların vəsaitini qaytara bilmir.
Rejissorun, prodüserin pulunu sağa sola xərcləmir, sadəcə kino camiəsinin ticarət mərkəzlərində, hansısa dəxlisiz zallarda toplanmasına imkan verməmək üçün binanın fəaliyyətini davam etdirməsinə xərcləyir.

Nizami KM-də hər il dövlət idarələrinə məxsus onlarla tədbir, film təqdimatları keçirilir. Amma çoxlarının xəbəri yoxdur ki, bu tədbirlər üçün Nizami KM-nə heç bir manat da ödənilmir. Niyə?
Ona görə ki, hörmətli Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi buna icazə vermir.
Nizami Kino Mərkəzi isə bu qarışıqlıqda Emilin dediyi kimi borc içində boğulur və problem neçə ildir davam edir. Bütün bunlardan sonra məncə utanmalı tərəfin Nizami Cinema Center olduğunu düşünmürəm”.