Nizami İH-in tenderini “hərşeyşünas” şirkət uddu

Nizami İH-in tenderini “hərşeyşünas” şirkət uddu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nizami rayon İcra Hakimiyyətinin tabeliyində olan Mənzil Kommunal Təsərrüfat Birliyi növbəti tenderinin nəticələrini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, MKTB əməkdaşların xidməti istifadəsi üçün nəzərdə tutulan vasitələrin alınmasına 67.472,4 manat xərcləyəcək.
Rəsmi qaynaqlarda qeyd edilir ki, Nizami İcra Hakimiyyəti bu məqsədlə “EVEREST-2022” MMC ilə satınalma müqaviləsi bağlayıb.
Tribunainfo.az tenderin qalibi olmuş şirkətlə bağlı qısa bir araşdırma aparıb. Məlum olun ki, “Everest-2022” MMC 11 aprel 2022-ci il tarxidə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Həzi Aslanov küçəsi, ev 31A, mənzil 2-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Babayev Fuad Şakir oğludur.
Bu şirkət iki il öncə yaransa da, 15 min manat vergi borcu var. Bundan başqa, “Everest-2022” bir çox iri tenderlərin qalibi olub. Məsələn, bu il şirkət BDU-ya 1.44 milyon manatlıq İKT avadanlıqları satıb.
Qəribədir ki, bu şirkət fərqli-fərqli və bir birinə aid olmayan məhsulların satışını həyata keçirib. Məsələn, “Everest-2022” Axundov adına Kitabxanaya əməkdaşların istifadəsi üçün nəzərədə tutulan bir sıra məhsullar 158 min manata satdığı halda, bəzi qurumlara mebel və digər məhsullar təşkil edib.