Nizaməddin Şəmsizadənin qızı: “Atam 20 gündür, komadadır, çox təəssüf ki, səhhətində heç bir irəliləyiş yoxdur”

Nizaməddin Şəmsizadənin qızı: “Atam 20 gündür, komadadır, çox təəssüf ki, səhhətində heç bir irəliləyiş yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Atam 20 gündür, komadadır. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, çox təəssüf ki, səhhətində heç bir irəliləyiş yoxdur. Həqiqətən, bu, bizim üçün çox üzücüdür”.

Bu sözləri Pravda.az-a açıqlamasında Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin qızı Ayfər Feyziyeva deyib.

“Yenə də ümidlə gözləyirik. Ümidimizi heç qırmırıq. Qətiyyən… Allahın izni ilə, oyanar. Sağ olsunlar, həkimlər əllərindən nə gəlirsə, hər şeyi edirlər. Allah böyükdür”, – o bildirib.

 

Xatırlatma: Uzun müddətdir, dializ və şəkər xəstəliyindən əziyyət çəkən Nizaməddin Şəmsizadə yanvar ayının 15-dən “Baku Medical Plaza”nın reanimasiya şöbəsinə yerləşdirilmişdi. O, yanvarın 23-dən Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsinə hospitalizasiya olunub. 70 yaşlı alimə həkimlər sepsis diaqnozu qoyublar. Hazırda o, süni nəfəs aparatına qoşulub.